Sosial ödənişlərin verilməsi niyə gecikir? – RƏSMİ AÇIQLAMAbackend

Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez – dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.

“Yeni Gundem” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Trend-in sorğusuna cavab olaraq ay bitmədən ödənişlərin yekunlaşmış olacağı bildirilib.

“Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq”, – deyə qeyd edilib.

Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.