Sumqayıtda yaşayış binasında yanğınbackend

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin eyvanında 3 m² sahədə taxta qırıntıları və 1 ədəd məişət avadanlığı yanıb.

FHN-dən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.