Sürücülərin nəzərinə: bu yolda sürət həddi endirildibackend

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Yeni Gundem”– ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.