İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bu barədə “Yeni Gundem”– ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.