Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Dulkadiroğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.Modern.az