Təhsil Nazirliyindən tələbələrlə bağlı təklifbackend

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə təklif ünvanlayıb. 

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, nazirlik ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir:

““Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

• Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

• Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

• Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

• Böyük həcmli materialların yerləşdirilməsi;

• Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

• Qiymətləndirmənin aparılması alətlərində istifadə;

• Qrup işinin təşkili”.

Onun sözlərinə görə, “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.