Tekirdağın Malkara rayonunda ötən gün baş verən meşə yanğını nəzarət altına alınıb.
“Yeni Gundem” TGRT-ə istinadən xəbər verir ki, qrupların soyutma işləri davam edir, yanğının səbəbi hələlik məlum deyil.
Türkiyə ölkənin hər yerindən gələn meşə yanğınları ilə mübarizə aparır. Hatay və Adanada meşə yanğınlarının nəzarət altına alındığı bildirilərkən, Tekirdağdan daha bir sevindirici xəbər gəldi. “Anadolu” agentliyinin verdiyi məlumata görə, Tekirdağın Malkara rayonundakı meşəlik ərazidə dünən başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə genişlənib. Teteköy mahalına da sıçrayan yanğına müdaxilə gecə boyu davam etdi.,
Küləyin təsiri davam etdirdiyi bölgədə yanğına 4 helikopter, 113 texnika və 554 personal müdaxilə edib. Havadan və yerdən gələn qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Rayonda soyutma işləri davam edir. Ekipajlar təxminən 100 hektar əraziyə ziyan vuran yanğının səbəblərini araşdırır. Teteköy Məhəlləsində yanan ərazilər dronla görüntülənib.