Ticarət obyektlərində yerində xidmət dayandırıldıbackend

Azərbaycanda xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılıb. 

“Yeni Gündəm” xəbər verir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib.

Operativ Qərargahdan daxil olan məlumatda bildirilir ki, sözügedən iaşə obyektlərində çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.