Taylandda toy faciə ilə başa çatıb.
“Yeni Gundem” xəbər verir ki, sərxoş olduğu iddia edilən bəy gəlini və ailə üzvlərini güllələyib, daha sonra isə özünü öldürməyə cəhd göstərib.
29 yaşlı bəy binadan çıxaraq, maşınına tərəf qaçıb. O, tapança ilə geri qayıdaraq atəş açıb. Gəlin, 62 yaşlı anası və 38 yaşlı bacısı güllələnib. Daha bir qonaq təsadüfi gələn güllə qurbanı olub, bir nəfər isə ağır yaralanıb. Bəy özünü də güllələyib.
Aqressiv hərəkətin səbəbi dəqiq müəyyən edilməsə də, keçmiş hərbçi olan bəyin kəllə-beyin travması aldığı bildirilir. Hadisə şahidləri bəyin həddindən artıq sərxoş olduğunu da deyiblər. O, gəlinin başqası ilə qaçağından qorxurmuş.