ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunduğu işdə hakim Aileen M. Cannon məhkəmənin başlaması üçün dinləmə tarixini 20 may 2024-cü il olaraq təyin edib.
“Yeni Gundem” xəbər verir ki, Trampın vəkilləri isə bu mərhələdə dinləmə tarixinin təyin edilməməsi tələblərini rədd etdiyini bildirib.
Lakin, Cannon Ədliyyə Nazirliyinin təklif etdiyi tarixin qeyri-adi dərəcədə sürətləndirilməsi və ədalətli mühakiməni təmin etməklə bir araya sığmadığı fikrini bölüşüb.
Bildirilir ki, Trampın hüquq komandası bu proses zamanı müxtəlif tələblər irəli sürə və dinləmə tarixini gecikdirə bilər.
Mənbə: TrtHaber
Aynur Camal