Türk Dövlətləri Təşkilatının liderləri Ankarada təcili görüşəcəkbackend

Martın 16-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin “Fəlakət və fövqəladə halların idarə olunması və humanitar yardım” mövzusunda fövqəladə Zirvə toplantısı keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, növbədənkənar sammitin gündəliyinə uyğun olaraq fövqəladə halların idarə olunması və humanitar yardım sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə səylərin əlaqələndirilməsi nəzərdən keçiriləcək.

Fərahim Rəhimov