Türk lirəsi dollar qarşısında yeni rekord səviyyədə dəyər itiribbackend

Bazar ertəsi sessiyanın əvvəlində türk lirəsi ABŞ dolları qarşısında yeni rekord səviyyədə dəyər itirib.

Məlumata görə, 1 ABŞ dolları 23,77 türk lirəsi səviyyəsinə çatıb.

İnvestorlar Türkiyə Mərkəzi Bankının yeni sədrinin təyinatından sonra pul siyasətində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər. Onun uçot dərəcəsini artıracağı gözlənilir.

Carı sessiyadan əvvəl 1 ABŞ dolları 23,6 lirə təşkil edib./Report