Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkbackend

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. 

“Yeni Gündəm”in məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.