Türkiyə ilə BƏƏ arasında 13 yeni müqavilə imzalanıb.
“Yeni Gundem”in Türk mediasına istinadən məlumatına görə, müqavilələri Türkiyə adından xarici işlər naziri Hakan Fidan imzalayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Körfəz turunun son dayanacağı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) çatıb. Ərdoğan BƏƏ prezidenti Əl Nahyan tərəfindən Əl Vətən sarayında rəsmi mərasimlə qarşılanıb.
Səfər zamanı iki ölkə arasında strateji əməkdaşlıq baxımından mühüm addımlar atıldı. Türkiyə ilə BƏƏ arasında 13 yeni müqavilənin imzalandığı bildirilib. Müqavilələri Türkiyə adından xarici işlər naziri Hakan Fidan imzalayıb.