Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) antiterror əməliyyatı nəticəsində PKK qruplaşmasının İraqın Süleymaniyyə bölgəsi üzrə “məsul şəxsi” sayılan Mehmet Şefa Akman məhv edilib.
“Yeni Gundem” xəbər verir ki, məlumatı MİT yayıb.
Bildirilib ki, o, Türkiyəyə qarşı yeni silahlı terror hücumu hazırlayırmış.
Məlumata görə, “Bahoz Zagros” kod adlı M.Ş.Akman 2005-ci ildə PKK qruplaşmasına qatılıb. O, İraqın şimalında 18 il fəaliyyət göstərib. M.Ş.Akman terror qruplaşmasının “özünü müdafiə birlikləri”nin Süleymaniyyənin şimalı üzrə “başçısı” olub.