Türkiyə Qərbi ittiham etdibackend

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Qərb ölkələri terrorçuların dəstəyi ilə Türkiyədə vəziyyəti sabitsizləşdirməyə cəhdlər etdiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Fəxrəddin Altun rəsmi twitter səhifəsində yazıb.

“Qərbli müttəfiqlərimiz [kürd təşkilatlarına] dəstəkləri barədə diqqətlə düşünməlidirlər. Onlar birbaşa və ya dolayı yolla ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Onların dəstəyi isə günahsız türklərin ölümünə səbəb olur”-deyə yazıb.

Qeyd etmək yerinə düşər ki ,İstanbulda noyabrın 13-də turistlərin məşhur olduğu piyada İstiqlal küçəsində partlayış olub. Son məlumatlara görə, faciə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər yaralanıb.

Fərahim RƏHİMOV

Yenigundem.az