Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TCG Anadolu” gəmisinin sabah İstanbulda vətəndaşların ziyarətinə açılacağını bildirib.
“Yeni Gundem” xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri “TCG Anadolu”nun sonra Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Qara dənizə doğru hərəkət edəcəyini qeyd edib.
Türkiyə Silahlı Qüvvələri güc nümayişinə hazırlaşır. Eşitməyənlər Türk Silahlı Qüvvələrinin gücünü görəcək və eşidəcək.
H.Akar böyük və qüdrətli Türkiyəni daha da gücləndirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında intensiv işlərə davam etdiklərini ifadə edərək, böyük addımlarla hədəfə çatmaq üçün səy göstərdiklərini bildirib.
85 milyon insanın rahat və dinc yaşaya bilməsi üçün təhlükəsizlik barədə danışan nazir, türk millətini 40 ildir terror bəlasından xilas etmək üçün edilməsi lazım olan hər şeyin edildiyini deyib.
Sərhəd təhlükəsizliyi çərçivəsində aparılan işlərə də toxunan Akar qeyd edib: “Sərhədlərimiz çox təhlükəsizdir, Türkiyə Cümhuriyyəti tarixin ən təhlükəsiz dövrünü yaşayır”.
Sərhədlərin qabaqcıl texnologiya üsulları və modul divarlarla qorunduğunu bildirən Akar, Mehmetciyin quşların uçmasına imkan vermədiyini bildirib.