Yaxşı idarə olunan otelləri, keyfiyyətli xidməti və qonaqpərvərliyiilə Türkiyə təkcə ailəvi tətillər üçün yox, həm də son investisiyalarvə effektiv yeni strategiyalar sayəsində zəngin səyahətçilər üçünvacib bir mədəniyyət məkanıdır.
Bu mühüm inkişafda Türkiyə Mədəniyyət və Turizm Nazirliyininmühüm rolu olub. Təcrübəli turizm mütəxəssisi Nazir Mehmet Nuri Ersoyun idarə etdiyi beynəlxalq tədbirlər, idman turnirləri vəfestivallar kimi qısa müddətli gecələmə tələb edən layihələrhazırlayıb. Belə ki, bu səylər zəngin şəxslərin ölkəyə səfərləriniəhəmiyyətli dərəcədə artırdı.
Bundan başqa, turistik yerlərin sayını artırmaq niyyətində olanTürkiyə Mədəniyyət və Turizm Nazirliyi, ilboyu aparılacaqarxeoloji qazıntıları genişləndirdi və ruhlandırıcı “Gələcək üçünMiras” layihəsi çərçivəsində qazıntı sahələrinin sayını, Bergama bölgəsini də daxil olmaqla 172-yə çatdırdı. Buradakı qazıntı vəbərpa işlərinin həm də bölgəyə və ətraf şəhərlərə fayda verməsi, şəhərin bütün maraqlı tərəflərinin turizm gəlirlərindən istifadəetməsinə şərait yaratması nəzərdə tutulur. Əlavə olaraq, Nazirlikturistlərə müntəzəm səfər saatlarından kənarda monumental tikililərə və qədim şəhərlərə baş çəkməyə imkan verən “gecəmuzeyləri” kimi innovativ konsepsiyalar da yaradıb. Nəticədə butəşəbbüs Afrodisias kimi açıq hava muzeylərinə rekord saydaziyarətçi gətirdi.
Türkiyəni zəngin turistlər üçün ən yaxşı istiqamətə çevirməyihədəfləyən Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy turizm mövsümünü 12 aya çatdırmaq və 81 ilin hamısına turistcəlb etmək istəyir. O, qarşıya qoyduğu məqsədləri belə xülasəedir: “Türkiyənin Mərmərə və Aralıq dənizi bölgələri ölkəninturizm gəlirlərinin 80%-ni təşkil edir. Egey bölgəsi təxminən 10%, qalan 10% isə Karadeniz bölgəsi və Anadolunun digər hissələriarasında paylanır. Əsas məqsədlərimizdən biri turizmi müxtəlifməhsullarla digər bölgələrə yaymaqla yanaşı, turistlərin sayını vəgəlirləri artırmaqdır. Bu baxımdan bizim üçün ən önəmlimövzulardan biri də Egey sahilidir: potensialına, mədənisərvətlərinə, sahil xətlərinə və təbii sərvətlərinə baxmayaraq, turizm baxımından lazımlı dəyəri görə bilməyib. Buna görə dəEgey sahillərini beynəlxalq turistlərin səyahət gündəmində dahayüksək yerlərə yerləşdirmək üçün səylərimizi davam etdirəcəyik.”
Varlı və ətraf mühitə qarşı şüurlu turistlərin davamlılığa üstünlükverdiyini bilən nazir Ersoy, turizm obyektlərinin davamlılıqsertifikatlarının alınması üçün böyük səylər göstərir. Türkiyədəkitəxminən 21 min oteldən 16 mindən çoxu davamlılıq sertifikatınımüvəffəqiyyətlə aldığından, bu istiqamətdə əhəmiyyətli irəliləyişəldə edilmişdir.
Seçilmiş turistləri cəlb etmək üçün 200-dən çox ölkədə Türkiyənitanıdan Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyi (TGA), Türkiyənin təkcə “dəniz, qum və günəş” tətilləri üçün uyğun birməkan olmadığını, eyni zamanda təbiət və macəra, kruiz turizmi, velosiped və digər idman növləri, arxeoloji və mədəni turlar, dinimarşrutlar, eləcə də qastronomik təcrübələr kimi turizm məhsullarıolmasına diqqət çəkir. Michelin Bələdçisinə İstanbul, İzmir vəBodrumu daxil etmək bu kontekstdə fəaliyyətlərin uğurunun aydınvə inandırıcı sübutudur. Türkiyənin bu istiqamətdə davamlınailiyyətlərinin daha bir sübutu qədim Qordion şəhəri kimiUNESCO-nun Dünya İrs Siyahısına daxil olan obyektlərin sayınınartmasıdır.
2023-cü ildə 56,7 milyon ziyarətçi və 54,3 milyard dollar turizmgəliri ilə yaxın gələcəkdə dünyanın üçüncü ən əhəmiyyətli turizmölkəsi olmağı hədəfləyən Türkiyə, zəngin turistlər üçün də ən çoxseçilən yerlərdən biri olmağı vəd edir.