Türkiyədə müzakirələrə səbəb olan seriala görə cəza müəyyən olundubackend

Son günlər Türkiyədə müzakirələrə səbəb olan “Qızıl Qönçələr” serialı cərimələnib. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) cəmiyyətin milli-mənəvi dəyərlərinə zidd olduğuna görə teleseriala və FOX TV telekanalına % 3 inzibati cərimə kəsməklə və iki dəfə yayımını dayandırmaqla cəza verib.

Özgü Namal və Özcan Dənizin baş rollarda çəkildiyi “Qızıl Qönçələr” serialı yayımının ilk bölümündən müzakirə mövzusu olub və RTÜK tərəfindən araşdırma başladılıb.

Baş verənlərdən sonra bəzi yerlərdə “Gold Film”in çəkilişlərinə qadağa qoyulub. Sentyabrın 8-də və 21-də çəkilişlər üçün nəzərdə tutulan iki məkan üçün alınan icazələr ləğv edilib.

Qeyd edək ki, “Qızıl Qönçələr” dünyəvi bir insan olan Levent (Özcan Dəniz) və radikal təriqətdə yaşayan Meryemin (Özgü Namal) kəsişən taleyindən bəhs edir. Özgü Namalın canlandırdığı Meryem qızı Zeynebin məzhəb şeyxinin oğlu ilə evləndirilmək istədiyini öyrənəndə bunun qarşısını almaq üçün mübarizəyə başlayır. İlk bölümdə məzhəbə mənsub uşaqların gənc yaşda evləndirilməsi, qızların məktəbə göndərilməməsi, Quran dərsləri ilə bağlı kursda zorakılıq kimi bir çox səhnələr müzakirələrə səbəb olub.

Serialda Özgü Namal və Özcan Denizdən başqa Mert Yazıcıoğlu, Erkan Avcı, Hazal Türesan, Mert Turak, Selen Öztürk, Şerif Erol, Duygu Sarışın, Tuğrul Tülek, Yakup Turqut, Sitare Akbaş, Mina Demirtaş, Esma Yılmaz, Zehran Kelleci, Gizem Uzunlar kimi aktyorlar çəkilib.