Türkiyədə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanıldıbackend

Türkiyədə növbəti “Qəhrəmanlar” əməliyyatı zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanılıb.

”Yeni Gundem” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 36-cı “Qəhrəmanlar” əməliyyatı İstanbul və Ankara başda olmaqla, ölkənin 32 vilayətində keçirilib.

Əməliyyat nəticəsində terror təşkilatına təşkilata üzv olmaq, terrorçuluq fəaliyyətlərində iştirak, sosial media vasitəsilə terrorun təbliği, təşkilata maddi dəstək göstərmək kimi cinayətlərdə şübhəli bilinən 208 nəfər saxlanılıb.

Qeyd edək ki, terror təşkilatlarına qarşı daha bir əməliyyat Türkiyənin Milli Kəşfiyyat Agentliyi tərəfindən keçirilib. Əməliyyatın gedişində PKK/KCK terror təşkilatının İraqın Süleymaniyyə şəhərindən məsul üzvü “Bahoz Zagros” kod adlı Mehmet Şefa Akman zərərsizləşdirilib. Onun Türkiyəyə qarşı terror planı hazırladığı müəyyən edilib.