Erciyes: Türkiyənin mərkəzində, dünyaca məşhur
Bunları mütləq sınayın: Kayseri ləzzətli pastırması (pastrami) və mantı ilə yanaşı, həmçinin regional Karaman “Divlə obruku”, Orta Anadoluda yetiştirilən yerli üzüm olan Əmirdən hazırlanmış türk şərabları ilə və “Niğde mavi” pendirləri ilə də məhşurdur.
Palandöken: Zirvədə qış ləzzəti
İlin altı ayı xizək sürmək üçün uyğun olan Palandöken xizək mərkəzi Türkiyənin şərqindəki Erzurum vilayətində, Palandöken dağının ətəyində Başköy dağ kəndində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. 2011 Dünya Universitet Qış Oyunlarına və 2017 Avropa Gənclər Olimpiya Qış Festivalına ev sahibliyi edən Palandöken dağı gecə xizək sürmək üçün işıqlandırılmış Türkiyənin ən uzun yamacına sahibdir. Mərkəz New York Times tərəfindən 41 xizək kurortu arasında ilk 20-də yer alıb. Asan xizək sürməyə imkan verən toz qarı ilə seçilən 22 yamac, pistlərə xidmət edən beş lift və gondollar var. Palandöken snoubord və slalom idman növləri üçün idealdır.
Bunları mütləq sınayın: Dünyanın ən hündür şəlalələrindən biri olan Tortum şəlaləsini ziyarət edin. Tortum gölü, Nermanın Pəri bacaları və İspir Yedigöller Erzurumun digər gözəllikləridir… Və mütləq Erzurum ləzzətlərindən közdə şişdə qızardılmış ədviyyatlı ətdən hazırlanan Çağ kababını dadın.
Sarıqamış: Türkiyənin ən şərq zirvəsi
Türkiyənin məşhur Şərq Ekspresi qatarının Erzurumdan sonra sonuncu stansiyası olan Kars, ölkənin ən maraqlı qış istiqamətlərindən biridir. Şəhərə yaxın Çamurlu dağında 2100-2634 metr hündürlükdə yerləşən Sarıqamış xizək kurortu dünyaca məşhur Alp dağları ilə eyni qar keyfiyyətinə malikdir. Mərkəzin iki mexaniki pisti var: birincisi saatda 1800 nəfərin daşıma qabiliyyətinə malikdir və uzunluğu 1435 metrdir, ikincisi isə saatda 800 nəfərin daşıma qabiliyyətinə malikdir və uzunluğu 2250 metrdir. Kurort sarı şam ağaclarının gözəl mənzərəsi olan yeddi xizək enişini təklif edir.
Uludağ: Bursanın Ağ Zirvəsi
Bunları mütləq sınayın: Bursa yaxınlıqda, kanat yolu ilə asanlıqla ziyarət edilə bilən bölgədir. Başda Koza Han və Ulu Məscidi olmaqla Bursansanın mehmanxana bölgəsindəki monumental binalara ziyarətini də xizək tətilinizə əlavə edə bilərsiniz. Bursa həm də İsgəndər kababı ilə məşhurdur. Dilimlənməmişdən əvvəl qrildə bişirilən və isti, doğranmış pide çörəyinin üzərində, pomidor sousu və xüsusi kərə yağı ilə süfrəyə verilən İsgəndər kababını dadmaq üçün doğru yerdə olacaqsınız.