Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının nəzərinəbackend

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

“Yeni Gundem” xəbər verir ki, müraciətdə deyilir:

“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikasi vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasinin Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”.