Türkiyə ordusu Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlarda 59 terrorçu zərərsizləşdirib.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Müdafiə Naziri Yaşar Gülər yerli KİV-ə açıqlamasında deyib.
“71 hədəfə qarşı hava əməliyyatı keçirilib. Dəyərli övladlarımızın qisasını aldıq və almağa da davam edirik. Ən ağır şəkildə almağa davam edəcəyik”, – nazir ifadə edib.
Qeyd edək ki, dekabrın 22-si və 23-ü terror təşkilatı PKK-nın “Pəncək-kilid əməliyyatı” bölgəsində həyata keçirdiyi xain hücumunda 12 türk əsgəri şəhid olub.