Türkiyənin supermodeli İvana Sert Bakıdan ev almaq istəyirbackend

Türkiyənin stil ikonası hesab edilən supermodel, aparıcı, yazıçı və aktrisa İvana Sert Bakıdan ev almaq istəyir.

Model bu haqda “Yeni Gündem”-e açıqlamasında deyib:
“Bakıya tez-tez gəlirəm və özümü evimdəki kimi hiss edirəm. Azərbaycan ilə Türkiyə qardaş ölkə olduğu üçün elə də fərq hiss etmirəm. Bakı çox yaxşı şəhərdir və burada xöşbəxtəm. İnsanlarınızı çox sevirəm. Burada hər şey gözəldir. Burada yeni layihəyə başlayacağıq. Ona görə bir müddət sevə-sevə Bakıda qalacam. Burada dost-tanışlarım çoxdur. Hazırda yatırım etmək lazımdır. Nə zamansa ev ala bilərəm, amma indi yox”.
Qeyd edək ki, İvana Sert müğənni Roza Zərgərliyin dəvəti ilə Azərbaycana gəlib.