Ülviyyə Həmzəyevanın 5 Saylı Babək – Naxçıvan – Culfa seçki dairəsi üzrə 7-ci çağırış Milli Məclisə deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə “Yeni Gundem”-ə Ülviyyə Həmzəyeva məlumat verib.
Xatırladaq ki, Ülviyyə Həmzəyevanın namizədliyi 5 Saylı Babək – Naxçıvan – Culfa seçki dairəsindən deputatlığa namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Ülviyyə Həmzəyeva 6-cı çağırış Milli Məclisdə də 5 saylı seçki dairəsini təmsil edib.