Bakı şəhər DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov Milli Mətbuat günü münasibətiylə jurnalistləri təbrik edib.”Yenigündəm”in də payına düşən bu təbriki oxucularımıza təqdim edirik:
Hörmətli həmkarım!
Azərbaycan milli mətbuat günü münasibətilə sizi təbrik edirəm!
Sizə şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni ugurlar arzulayıram.
Sizin Azərbaycan polisinə olan diqqətinizi,bizimlə əməkdaşlığa verdiyiniz önəmli,hüquq qaydasının-yol hərəkəti təhlükəsizliyinin təbliğatında xidmətlərinizi yüksək qiymətləndirir və təqdir edirəm.
Sizi bir daha təbrik edir,Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla
Polkovnik Vaqif Əsədov