Vilayət Eyvazovdan yeni təyinatbackend

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı əmr imzalayıb.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, nazirin əmri ilə bu ilin yanvarında sərəncama götürülən Ağstafa RPŞ-nın Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Ramin Bağırov yeni vəzifəyə gətirilib. O, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol nəqliyyat hadisələri üzər inspektoru təyin edilib.