“Whatsapp” “Windows” üçün yeni proqram tərtib edibbackend

WhatsApp, 2021-ci ildən beta versiyada olan yeni Windows proqramını işə salıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, o, daha sürətli yükləmə və messencerin mobil versiyasını xatırladan sadələşdirilmiş interfeys ilə xarakterizə olunur.

Bundan əlavə, “WhatsApp”ın masaüstü versiyası indi 8 nəfərə qədər qrup video zənglərini və 32 nəfərə qədər audio zəngləri dəstəkləyir. Xidmət istifadəçilərin dostları, ailəsi və həmkarları ilə əlaqə saxlamasını asanlaşdırmaq üçün gələcəkdə bu limitləri artırmağı planlaşdırır.

Həmçinin mobil telefonlar, kompüterlər və planşetlər də daxil olmaqla müxtəlif cihazlarda mesajların şifrələnməsi elan edilib. Tətbiq həmçinin cihazlar arası sinxronizasiyanı, link önizləmələrini və yeni stikerləri dəstəkləyir.

Windows üçün yenilənmiş WhatsApp proqramını Microsoft Mağazasından yükləmək olar .

Fərahim Rəhimov