X.Quliyev adına 62 nömrəli məktəb-liseyin Son zəng tədbiri keçirildi – VİDEObackend

İlk öncə 11-ci siniflər musiqi və alqış sədaları altında səhnəyə gəldilər. Məzunlar yerlərini tutduqdan sonra cəmiyyətin aparıcı qüvvəsi olan məzunların şəxsiyyət kimi yetişməsində rolu olan müəllimlər kollektiv heyət alqış sədaları altında səhnəyə daxil oldular. Azərbaycan respublikasının dövlət himni səsləndi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən I və II Qarabağ müharibəsi şəhidləri sükutla yad edildi və onların barelyeflərinə şəhid analarına və qazilərimizə çiçəklər təqdim edildi.

“Yeni Gundem”in məlumatına görə, tədbiri çıxış sözü ilə 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı açaraq tədris uğurlarında və qarşıda duran perspektivləri deyərək məzunları, valideynləri və müəllimləri təbrik rtdi. Söz qonaqlara, şəhid analarına və qazilərə verildi.    

Məzunların ifasında Şuşanın dağları rəqsi ifa edildi. Daha sonra təbrik üçün söz məzunların ibtidai sinif müəllimlərinə verildi. Məktəbin 10-cu sinif şagirdləri tərəfindən müəllimə həsr olunmuş mahnı səsləndi və ifa sədaları altında hər bir müəllimə tər çiçək dəstələri təqdim olundu.

1-cilərin maraqlı çıxışı böyük alqışla qarşılandı. Çıxış üçün söz buraxılış imtahanlarından maksimum 300 bal toplamış Rəsul Həsənlinin valideyni Məhsəti Həsənliyə və buraxılış imtahanından 295 bal toplamış Tapdıqova Türkana verildi.        

Tədbirdə daha bir maraqlı təqdimat oldu. 10-cu sinif şagirdləri ilə birgə məktəb-liseyin direktorunun təbrik mahnısını dinlədi.

Məktəb-liseyin ənənəsi üzrə məktəbin bilik açarı buraxılış imtahanlarında respublika üzrə ən yüksək nəticədən 296 bal toplayan Əli Səmədov, 293 bal toplayan Türkan Tapdıqova tərəfindən təqdim olundu.

Birlik və həmrəylik rəmzi məzunlar tərəfindən təqdim edildi. Həyəcanlı anlardan sonra mantiyalar geyinildi. Son zəngin ardından papaq atma mərasimi oldu.