“Bu yaxınlarda xəstəxanadan çıxmışam. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Təzyiqim qalxır. Təzyiqim qalxanda da bədənim əsməyə başlayır. Həkimlərin yazdığı bütün dərmanları vaxtı vaxtında qəbul edirəm”.
“Yeni Gündəm”in məlumatına görə, bu sözləri xalq artisti Elmira Rəhimova ATV-də yayımlanan “Həyat gözəldir” sosial proqramında deyib. Səhhətinin stabil olduğunu vurğulayan sənətkar karantin günləri ilə bağlı efir vasitəsilə izləyicilərə müraciət edib:
“Bu qanun hamımıza aiddir. Gərək evdə oturaq ki, epidemiya yayılmasın. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda vəziyyət, şükürlər olsun ki, daha yaxşıdır. Biz gərək özümüzü qoruyaq ki, heç kimə bu virus keçməsin. Hamımız dövlətin qoyduğu karantin rejiminə tabe olmalıyıq.
Evimin iki eyvanı var. Eyvana çıxıb həm hava alıram, həm də orada gəzirəm. Bağım olsaydı, oturardım orada. Bağın havası başqadır, eyvanın başqa”.