44 günlük vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin məzarının üstü götürülüb. Onun Bərdənin Şəhidlər Xiyabanındakı qəbrinin üstünə başdaşı və sinədaşı qoyulub.
“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb.