YAP-da yeni şöbə yaradılırbackend

Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb.

“Yeni Gündəm”-in məlumatına görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.

Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın VII qurultayı martın 5-də keçirilib.Report