“Yeni ilin ASAN Həyat Yarmarkası” davam edir-FOTOLARbackend

28 dekabr 2018-ci il tarixindən 5 yanvar 2019-cu il tarixinədək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Quba “ASAN Həyat” kompleksində “Yeni ilin ASAN Həyat Yarmarkası” təşkil olunub.

“Yenigundem”-ın əməkdaşının verdiyi məlumata görə, yarmarkanın əsas məqsədi regionun sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək, asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.

Yarmarkada müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir, həmçinin burada xidmət göstərən “ABAD” Food truck-larında ABADçıların əl işləri sərgilənir.

Yarmarka çərçivəsində müxtəlif konsert proqramları da təşkil olunub.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.