Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin adı bu dəfə YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülmədi. Biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı eləcə də bahalı saat və bahalı eynəklərdən istifadə etməyi ilə bağlı sosial şəbəkələrdə və xəbər saytlarında silsilə məqalələr dərc edilib.
“Yeni Gundem”in məlumatına görə, Mahir Abbaszadənin istifadə etdiyi “Patek Philippe” saat markasının qiyməti dörd min manatdan artıq, “RayBan” günəş eynəyinin qiyməti də 6-7 min manatdan başlayır.
Mətbuatda yazılanlara əsasən qeyd edə bilərik ki, hətta Mahir Abbaszadə 100 min dollarlarla ölçülən saatlardan da istifadə edir.
Bundan əlavə eks deputatın adına olan əmlaklarla bağlı internetdə kifayət qədər məqalələr geniş yer alıb. Onları yenidən işıqlandırıb gündəmə gətirməyi bir o qədər də lazım bilmədik. Redaksiyamıza müraciət edən Laçın rayon sakini bildirib ki, Mahir Abbaszadə Laçınlıları parlamentdə təmsil etdiyi müddətdə bir o qədər də yadda qalan millət vəkili hesab olunmur. Dəfələrlə problemlərə görə millət vəkilinin qapısını döyən seçicilər problemlərinin həllinə nail ola bilməyiblər.
“Yeni Gundem”-in redaksiyasına Mahir Abbaszadənin Laçında qayınatasının həyətində tikdirdiyi vilanın video görüntülərini yollayiblar.
Məsələ ilə bağlı Mahir Abbaszadəyə sorğu ünvanlasaqda, sorğumuz cavabsız qaldı.
Həmin video görüntüləri təqdim edirik: