“Yuliya Navalnaya Münhendə ərinin ölümündən sonra danışarkən sevincini və yüngülləşdiyini biruzə verməyə bilmədi”. Bakupost.az sosial şəbəkələrə istinadən xəbər verir ki, bunu ameriaklı psixoloq Pol Ekman bildirib.
“Bacarırsansa məni aldat” kitabının müəllifi olan Pol Ekman Yuliya Navalnayanın davranışını təhlil edərək onun qəribə “təbəssümünə” diqqət çəkib:
“Yuliya Navalnayanın reaksiyası sevimli ərinin ölümündən bu yaxınlarda xəbər tutan qadının reaksiyası deyil. Qarşımızda nəhayət ki, ərinin ölümündən sonra dünyanın bütün diqqətini özünə cəlb edən güclü bir qadın var. O, istəyirdi ki, bütün dünya yalnız onun haqqında danışsın”, – deyə psixoloq vurğulayıb.