Yunanıstanın Prezidenti və müdafiə naziri Kiyevdədirbackend
Yunanıstan Prezidenti Katerina Sakellaropulu və müdafiə naziri Nikos Panagiotopulos Ukraynada səfərdədir.
 
“Yeni Gundem” xəbər verir ki, bu barədə Ukraynanın Yunanıstandakı səfirliyindən bildirilib.
Səfirliyin məlumatına görə, Prezident Sakellaropulu səfəri çərçivəsində Borodianka, Buça və İrpinə gedib. Yunanıstan Prezidentinin ukraynalı həmkarı Vladimir Zelenski ilə təkbətək və daha sonra geniş tərkibli görüşü keçiriləcək. Müdafiə naziri isə ukraynalı həmkarı Oleksiy Reznikovla görüşəcək.
Qeyd edək ki, Yunanıstan Prezidentinin səfəri təhlükəsizlik səbəblərindən əvvəlcədən açıqlanmayıb.