Zaxarova BMT-nin bəyanatını pislədibackend

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova BMT İnsan Haqları Şurasının Rusiyanın başçılıq etdiyi xüsusi hərbi əməliyyat zamanı Ukraynanın mədəni sərvətlərinin qondarma məhv edilməsi ilə bağlı bəyanatını pisləyib.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki, məlumatı Federasiyanın Xarici İşlər Nazirliyi yayıb.

“Bu bəyanatda ölkəmizə qarşı əsassız hücumlardan başqa yeni heç nə yoxdur: İnsan Hüquqları Şurasının xüsusi prosedurları ilə Kiyev rejimini sipər etmək, eləcə də Rusiyanı şeytanlaşdırmaq üçün növbəti cəhd var. Həmişə olduğu kimi, heç bir obyektivlik işarəsi yoxdur”, – Zaxarova deyib.

Fərahim Rəhimov