Zelenski və Trüdo taxıl müqaviləsinin uzadılmasını müzakirə ediblərbackend
Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı taxıl müqaviləsini və Kiyevə hərbi yardımın genişləndirilməsini müzakirə ediblər.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında qeyd edib.
Qeyd edək ki, bu, Zelenskinin Qərb liderləri ilə gün ərzində ikinci söhbətidir, bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonla danışıb və onunla taxıl müqaviləsini də müzakirə edib.