Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevə məxsus “Zeytun Pharma” MMC növbəti dəfə qaydaları pozduğu üçün cərimələnib.
“Yeni Gundem” xəbər verir ki, “Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
MMC ilə bağlı işə 14 iyun tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Baxılacaq. İş hakim Rəşadət Ağayevin icraatındadır.