“Meta” şirkətinin baş direktoru Mark Zukerberq Havaydakı tam məxfi obyektində yeraltı bunker tikir.
“Yeni Gundem” Lent.az-a istinadən xəbər verir ki, layihə sənədlərini WIRED nəşri əldə edib.
Kompleks 5,6 milyon kvadratmetr ərazini əhatə edir.
İki mərkəzi binanı öz enerji mənbələri və qidası olan 465 kvadratmetrlik sığınacağa aparan yeraltı tunel birləşdirəcək. Sahibinin ixtiyarında nasos sistemi ilə 28 min litr su üçün bir çən var.