2 kəndin sakinləri arasında kütləvi dava – SƏBƏBbackend

Dağıstanın Noqay rayonunda iki kəndin yüzədək sakininin iştirak etdiyi münaqişə baş verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ötən gün, 11 avqust 2023-cü il, saat 18:30 radələrində iki qonşu kəndin sakinləri Noqayskoye ərazisində boş yerə toplaşmağa başlayıblar, toplaşanların ümumi sayı 100 nəfər olub. Münaqişənin səbəbi iki nəfər arasında qarşılıqlı iddialar olub”, – məlumatda deyilir.