9000 maaş alan Mərkəzi Bank sədri bahalıqdan şikayətləndi – Özümü tanınmaz hala salıb girirəm marketə…backend

Türkiyənin Mərkəzi Bankının sədri açıqlaması ilə qalmaqal yaradıb.

“Yeni Gundem” bildirir ki, Mərkəzi Bankın sədri Hafize Gaye Erkan “Hürriyet” nəşrinə müsahibə verib.

Ahmet Hakanın suallarını cavablayan Hafize Gaye Türkiyədəki inflyasiyadan gileylənib.

161 min lirə ( 9395 AZN ) maaş alan Mərkəzi Bank sədrinin kirayə qiymətlərindən gileylənməsi maraq doğurub.

“İstanbul Manhattendən bahalı ola bilər? İstanbulda ev tapa bilmədik. Həddindən artıq bahadır. Anamgildə qalıram.

Təchizat çatışmazlığı və ucuz maliyyələşmə olduqda, tarazlıqlar bəzən pozula bilər. Burada bizim üçün ən mühüm problem sosial evlərin təminatıdır. Çünki sosial evlərin olmaması səbəbindən kirayələrdə artım var. Bir insanın 10 evi olmamalıdır, 10 insanın bir evi olmalıdır”.

O, “marketdə ilk nəyə baxırsınız?” sualına “ət, kartof və süd” deyə cavab verib:

“Çörək, süd və yanacağın inflyasiyaya ciddi təsiri var. Eyni məhsulu fərqli qiymətə satan olan yer görəndə bunun hesabını soruşuram”, – deyən sədr bildirib ki, marketə gedərkən özünü tanınmaz hala salır.