Armen Sarkisyanla bağlı araşdırma başladıbackend

Ermənistan Təhlükəsizlik Xidməti Prezident postundan istefa vermiş Armen Sarkisyanla bağlı araşdırmaya başlayacaq.

“Yeni Gündəm” xəbər verir ki, Xidmət Prezident seçilənə qədər Sarkisyanın Sent-Kits və Nevis dövlətinin vətəndaşı olması ilə bağlı əlavə araşdırma aparacaq.

2021-ci iln aprelində Ermənistan Baş Prokurorluğu Armen Sarkisyanın başqa ölkə vətəndaşı olması ilə bağlı da cinayət işi açmışdı.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, xarici ölkə vətəndaşlığı olan şəxs ölkə başçısı seçilə bilməz.