Dekabrın 12-si dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım Günüdür.
Aİİ-dən “Yeni Gundem” e verilən məlumata görə,bu münasibətlə Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbə heyəti ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Qeyd edək ki, Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 16 il ötür. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin, din sahəsində sabitliyin və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində müstəsna xidmətlər göstərib. Heydər Əliyev fenomeni, şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti onun adının dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında həmişə birincilər sırasında çəkilməsinə səbəb olub.
Hazırda ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.