“Azərbaycan və Tacikistan arasında ki, münasibətlər bundan sonra daha da yüksək səviyyəyə qalxacaq” – Millət vəkilibackend

Cənab Prezidentin Tacikistana rəsmi səfəri ölkə başçısının səfərləri içərisində çox uğurlu dövlət səfəri kimi qeyd edilməlidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O vurğulayıb ki, Azərbaycan və Tacikistan arasında münasibətlər keçən əsrin 90-cı illərindən qurulub.

“İki ölkə arasında münasibətlər 90-cı illərdən qurulub. Ümummilli liderimizin Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə inkişaf strategiyası elan olunanda Tacikistanda da Emoməli Rəhmon ölkə də sabitliyi qorumaq yoluna qədəm qoydu. İki ölkə arasında münasibətlər o dövrdən inkişaf etməyə başladı. Mədəni, ticari əlaqələr və iki ölkə arasında münasibətlərə çox böyük uğur qazandırıb. Cənab Prezidentin səfəri bu münasibətləri daha yüksək səviyyəyə qaldırmış oldu. Cənab Prezidentin fikirlərində , dahi Nizami Gəncəvinin Tacikistanda sevilməsi , həmçinin Tacik mədəniyyətinə Azərbaycanda çox böyük dəyər verildiyini qeyd etdi. Səfər çərçivəsində iki ölkə arasında bir çox sənədlər imzalandı.Onlar iki ölkə hökuməti arasında münasibətlərin dərinləşdirilməsi və ölkələr arasında komissiyaların formalaşıb keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki , Azərbaycan və Tacikistan arasında ki, münasibətlər bundan sonra daha da yüksək səviyyəyə qalxacaq. Cənab Prezident Tacikistanlı həmkarını ölkəmizə səfərə dəvət etdi.Tacikistan prezidenti səfəri böyük məmuniyyətlə qəbul etdi”,- deyə o qeyd edib.

Fərahim Rəhimov