Azərbaycanda koronavirusla bağlı bu tələb ARADAN QALDIRILDI – RƏSMİbackend

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət etmək üçün COVID-19-a dair PSR-test və yaxud vaksin sertifikatı tələb olunmur.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

“Azərbaycan vətəndaşları üçün öncədən viza rəsmiləşdirmək kifayətdir”, – məlumatda deyilir.