Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin müəllim heyəti Truskavetsk şəhər 2 saylı gimnaziya ilə tanış olduqdan sonra hər iki məktəbin direktorları 16.11.2018-ci il tarixdə birgə əməkdaşlıq haqqında qardaşlıq müqaviləsi imzalamışlar.Qardaşlıq müqaviləsinin imzalanmasından məmnun olan Truskavetsk şəhər 2saylı gimnaziyanın direktoru Roman Qudzelyak bu müqavilədən çox şey gözlədiyini vurğulamışdır.Həmçinin bu müqavilə iki dövlət arasında münasibətlərin daha da sıx inkişaf etdirilməsinə xidmət edən bir müqavilə olduğunu qeyd etmişdir.Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova isə ukraynalıların çox qonaqpərvər və mehriban olmasını və bu müqavilənin onun rəhbəri olduğu məktəb üçün uğurlu bir layihə olmasını qeyd etmişdir. Müqavilə imzalandıqdan sonra Gülnurə Babaşovanı Draqobiç şəhərinin meri Taras Kuçma meriyaya dəvət etmiş və Azərbaycan Ukrayna məktəbləri arasında yaratdığı işgüzar münasibətlərə görə Fəxri fərmanla təltif etmişdir.Sonda Taras Kuçma Gülnurə Babaşovaya portret hədiyyə edərək xatirə şəkli çəkdirmişlər