Azərbaycanın Əməkdar artisti vəfat etdi – FOTObackend

Əməkdar artist, aktyor İbrahim Əliyev (Əlizadə) dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, aktyor 71 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, İbrahim Əsgər oğlu Əliyev 1949-cu il iyul ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1971-ci il İbrahim Əliyev incəsənət institutun aktyorluq fakültəsinə daxil olub, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunda təhsil alıb. Bir müddət Şəki Dövlət Dram Teatrında daha sonra Gənclər Teatrında çalışıb. 1990-1995- ci illərdə Gənc Tamaşaçılar Teatrında çalışan İbrahim həm rus, həm də Azərbaycan bölmələrində aktyor çalışıb.Öz sənəti ilə tamaşaçı sevgisini qazanmış aktyor, dəfələrlə Bakıda Moskvada, Yoşkar-Olada, Daşkənd və Səmərqən, Kazan, Tibilisi, Praqa, Havana və başqa şəhərlərdə qastrol səfərlərində olub.

Filmoqrafiya
Əmək və qızılgül (film, 1962)
Güllələnmə təxirə salınır!… (film, 2002)
Qətl günü (film, 1990)
Yazıçı (2013)