AzTU-da dekan seçkisinin nəticələri açıqlandıbackend

Azərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

AzTU-dan “Yeni Gündem”-e verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Zəkay Şayev “Nəqliyyat və logistika”, Nizami Poladov “Metallurgiya və materialşünaslıq”, Ərəstun Məmmədov “Maşınqayırma və robototexnika”, Taleh Şirinov “İnformasiya və telekommunikasiya texnologiyaları”, Fərqanə Musayeva “İqtisadiyyat və idarəetmə”, Elçin Rzayev “Xüsusi texnika və texnologiya”, Lalə Əzizova “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin dekanı seçilib.

 

Məlumat üçün bildirək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub.

 

Qeyd edək ki, Elmi Şuranın qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib.