Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Aselsan Bakı“ şirkətində təqaüdlü təcrübə proqramını növbəti dəfə uğurla keçən tələbələrlə görüşüb.
Şirkətdə tələbələrin nəzəri və praktiki bilik-bacarıqlarının inkişafı üçün lazımi şərait yaradılıb.
Tələbələr “Aselsan Bakı“ şirkətində peşəkar mütəxəssislərin dəstəyi ilə elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə praktiki bacarıqlarını inkişaf etdirir, ölkənin əmək bazarına ixtisaslı kadr kimi hazırlanırlar.
Qeyd edək ki, hazırda AzTU-nun 2 tələbəsi şirkətdə təqaüdlü təcrübə proqramını uğurla davam etdirir.
Şirkətin müraciəti əsasında, universitetin daha 5 tələbəsi “Aselsan Bakı“da təqaüdlü təcrübə proqramına cəlb ediləcək.